Nizami Gəncəvının “İskəndərnamə” poemasının bədıı-estetık xüsusıyyətlərı

Authors

  • Ülkər Baxşiyeva

Keywords:

Nizami, “İskəndərnamə”, İskəndər, poema, Firdovsi, tarix.

Abstract

Nizaminin bütün əsərlərində olduğu kimi “İskəndərnamə” poemasında da milli-tarixi dəyərlərə, o cümlədən tarixi həqiqətlərin harmoniyasının qorunmasına xüsusi əhəmiyyət vermişdir. Bu sırada “İskəndərnamə” poemasının baş qəhrəmanı İskəndər obrazının tarixi şəxsiyyət tipində dəyərləndirilməsi diqqətdən yayınmır. Dahi Nizami İskəndər obrazını təcəssüm edərkən millətçilik ideyalarına qarşı çıxır, Firdovsinin İskəndərə olan münasibətinin qeyri-etik millətçi ruhuna tənqidi yanaşır. Məqalədə bu cəhətə xüsusi yer ayrılmış, Nizami Gəncəvinin İskəndərə olan münasibətindəki mənəvi-əxlaqi yanaşmanın reallıqları təhlil edilmişdir. Bildiyimiz kimi N.Gəncəvi Firdovsinin Şərq ədəbiyyatındakı mövqeyinə və onun “Şahnamə” poemasına yüksək dəyər vermişdir. Nizami “Şahnamə” poemasının bədii-tarixi keyfiyyətlərinin üstünlüklərindən danışsa da, tarixi reallıqların və şəxsiyyət amilinin düzgün qiymətləndirilməməsinə görə Firdovsini qınaq obyektinə çevirir. Təhlil prosesində İskəndərə münasibətdə Nizami doğruluğunun Firdovsi saxtakarlığından üstünlükləri üzə çıxarılır və Nizaminin bir türk yazarı olaraq tarixi həqiqətlərə sadiqliyi diqqət mərkəzində saxlanılır. Nəticə olaraq Firdovsinin “Şahnamə”sində İskəndərə münasibətdə formalaşmış saxta düşüncələr əhəmiyyətsizləşdirilir və bu düşüncələri Nizaminin “İskəndərnamə”sindəki real-tarixi İskəndər obrazı əvəzləyir.

Downloads

Published

2023-10-07